Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Baş qərargah rəisi general-leytenant Artak Davtyan Qarabağda gəlib.
Ehtimal olunur ki, bu səfər Ermənistanın Qarabağda dislokasiya olunan qanunsuz hərbi birləşməsinin rəhbəri Levon Mnatsakanyanın vəzifədən azad edilməsi xəbəri ilə birbaşa əlaqəlidir.
Mnatsakanyanın istefaya göndərilməsi barədə dünəndən etibarən sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır.
Qeyd olunur ki, müvafiq əmrlər dünən verilməli idi, lakin bu, Qarabağdan daxil olan zənglərlə müvəqqəti olaraq təxirə salınıb.
Alpər Mövludoğlu
Ordu.az