“Qarabağ Azərbaycana qaytarılmasa, Türkiyə Ermənistanla barışığa getməyəcək” - Barış Doster

2018/12/baris-1544518509.jpg
Oxunub: 3578     13:32     11 Dekabr 2018    
Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan xarici jurnalistlərə ilkin şərtlər olmadan Türkiyə ilə Ermənistanın birbaşa diplomatik əlaqələr qurmağa hazır olduğunu bildirib. Bu bəyanatı köhnə əşya haqqında yeni mahnı və ya "həqiqətə uyğunsuzluq" kimi şərh edmək də mümkündür.

"Ümid edirik ki, Türkiyə eyni mövqe tutacaq", - deyə Paşinyan qeyd edib.

Eyni zamanda Paşinyan qəbulolunmaz ön şərtlər arasında Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyini vurğulayıb: "Lakin Türkiyə ilə münasibətlər Dağlıq Qarabağ məsələsi ilə, üçüncü ölkə ilə bağlıdır. Mən Azərbaycanı nəzərdə tuturam".

Ordu.az-ın müxbiri tanınmış türkiyəli politoloq Barış Dosterdən Paşinyanın bəyanatına münasibət bildirməyini xahiş edib.


Həmsöhbətimiz Paşınyanın çıxışını populizm kimi qiymətləndirib: “Düşünürəm ki, bu, populizmdir. Paşinyan Türkiyənin Ermənistanla olan bütün münasibətlərini hansı şəraitdə kəsdiyini çox yaxşı bilir. Amma yadından çıxıbsa xatırladım ki, Türkiyə Dağlıq Qarabağın işğalına etiraz olaraq Ermənistanla bütün diplomatik əlaqələri kəsib və ümumi sərhədlərini bağlayıb. Azərbaycan və Türkiyə qardaş dövlətlərdir, biz hərbi və iqtisadi sahədə yaxından əməkdaşlıq edirik. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı təkcə Azərbaycanın deyil, eləcə də Türkiyənin problemdir.

Yadma gəlir, bir neçə il əvvəl Türkiyə və Ermənistan arasında "barışıq" yaratmaq cəhdləri ortaya cıxdı, mən Sürix Protokollarını nəzərdə tuturam. Lakin bu cəhd uğursuzluqla nəticələndi. Azərbaycana görə Ankara Ermənistanla baraşığa getmədi. İndidə bu barışığa getməyəcək, lakin əminəm ki, ABŞ və Avropa ölkəmizə təzyiq göstərəcək. Lakin bu təziqlər nəticəsiz qalacaq. Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun işğalı sona çatmayana qədər, bu torpaqlar Azərbaycana qaytarılmayana qədər, Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin qurulmasına dair heç bir danışıqlardan söhbət gedə bilməz. Türkiyə belə bir addımı atmayacaq”, - deyə Barış Doster bildirib.

Nərgiz Tahirova
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Türkiyə   Paşinyan  


Bizi "telegram"da izləyin