"Qarabağ münaqişəsinin həlli istiqamətində işləri davam etdirmək lazımdır" - Mitçell

2018/12/34534-1544100575.jpg
Oxunub: 262     16:37     06 Dekabr 2018    
"Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləri davam etdirmək lazımdır".

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avrasiya və Avropa məsələləri üzrə köməkçisi Ues Mitçell Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclasında deyib.

Onun sözlərinə görə, Rusiya ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyərək regionda gərgin vəziyyət yaradır.

"Gürcüstanda və Moldovada bunu müşahidə edirik. Onlar Gürcüstan torpaqlarının işğalını davam etdirməklə və qoşunlarını bu ölkələrin ərazilərindən geri çəkməməklə münaqişələri uzadır və regionda parçalanmanı dərinləşdirir", - deyə o qeyd edib.

İlkin Məmmədov
Ordu.az

Teqlər:

"Qarabağ münaqişəsinin həlli istiqamətində işləri davam etdirmək lazımdır" - Mitçell

2018/12/34534-1544100575.jpg
Oxunub: 265     16:37     06 Dekabr 2018    