Ermənistanda seçkiqabağı debatda Qarabağ münaqişəsi müzakirə edilib - QISA XÜLASƏ

2018/12/95706-1544083367.jpg
Oxunub: 1494     11:56     06 Dekabr 2018    
"Mənim addımım" ittifaqının lideri, Ermənistanın Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində prioritet olaraq Qarabağ ermənilərinin və qondarma qurumun tam iştirakını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə Nikol Paşinyan Ermənistan "İctimai Televiziyası"nın canlı yayımında seçkiqabağı müzakirələr zamanı danışıb.

Dağlıq Qarabağ probleminin həllinə toxunan Paşinyan bildirib: "Məsələni Qarabağın beynəlxalq səviyyədə tanınması yolu ilə həll edilməsinin zəruri olduğunu deyirik. Biz danışıqları iki əsas məqsədlə aparırıq, birinci halda Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnu tanımaq, ikinci halda Qarabağın təhlükəsizliyinə beynəlxalq zəmanət yaratmaqdır.

"Orinats Yerkir" partiyasının lideri Artur Baqdasaryan Qarabağ münaqişəsinin nizamlanmasında xalqın mandatının əsas prioritet olduğunu qeyd edib.

"Erməni xalqının iradəsinin tərkib hissəsindən biri olan Dağlıq Qarabağ problemi, milli iradə nəzərə alınmaqla həll olunmalıdır. Başqa bir model yoxdur ", - deyə Bağdasaryan bildirib.

"Sasna Tsrer" partiyasının nümayəndəsi Varujan Avetisyan isə qeyd edib ki, Qarabağ məsələsinin həll edilməməsi müstəqillik yolu ilə deyil, Qarabağı Ermənistanın bir regionu kimi birləşdirməklə həll etmək lazımdır.

"Erməni milləti kollektiv hüququn bir subyektidir. Qarabağ xalqı yoxdur, Qarabağ milləti yoxdur, bir erməni milləti var ki, o da qərar qəbul edəcək", -deyə Avetisyan daha şovinist çıxış edib.

"İşıqlı Ermənistan" partiyasının lideri Edmon Marukyan isə, son zamanlarda Dağlıq Qarabağı da əhatə edən yanlış təbliğat kompaniyasının aparıldığını deyib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Seçki   Qarabağ  

Ermənistanda seçkiqabağı debatda Qarabağ münaqişəsi müzakirə edilib - QISA XÜLASƏ

2018/12/95706-1544083367.jpg
Oxunub: 1495     11:56     06 Dekabr 2018    