Ordu.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti məlumat yayıb.
Bir tərəfdən güc strukturları nümayəndələri olmaqla qondarma qurumun “milli təhlükəsizlik şurası”nın sədri Vitali Balasanyan, “milli təhlükəsizlik xidməti”nin sabiq direktoru Arşavir Qaramyan və onun tərəfdarları, digər tərəfdən isə Qarabağın sabiq “baş naziri”, hazırda Bako Sahakyanın “müşaviri” vəzifəsini tutan, Qarabağdakı ən böyük siyasi qüvvə hesab olunan “Azad Hayrenik” (Azad Vətən) partiyasının rəhbəri Arayik Harutyunyan qarşı-qarşıya gəlib.
“2020-ci ilin payızında Sahakyan Qarabağın rəhbəri seçilməyəcək və ona görə də hər iki tərəf indidən seçkilərdəki mübarizəyə hazırlaşırlar. Arayik Harutyunyan özünün keçmiş fəaliyyəti və son bəyanatı ilə göstərdi ki, baş nazir Nikol Paşinyanın və Qarabağdakı demokratik islahatlar xəttinin tərəfdarıdır. Ancaq güc strukturlarının təmsilçiləri əksinə olaraq Paşinyanın əleyhinə çıxmaqla, Ermənistandakı hakimiyyətə qarşı durmaq istəyirlər. Bununla da onlar başa salırlar ki, Qarabağı diktatorluq və hərbi xuntanın yaradılması yolu ilə idarə edəcəklər”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu
Ordu.az