Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə nazirinin sabiq müavini, "1 Mart" hadisələri ilə bağlı sənədlər toplama qrupunun üzvü, "Vətəndaş müqaviləsi" partiyasının siyahısı ilə namizədliyi irəli sürülən Andranik Köçəryan bildirib.
Onun sözlərinə görə, bu günlərdə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışan bir çox siyasi qüvvələr və xadimlər bundan aydın şəkildə öz siyasi maraqları üçün istifadə edirlər.
"Qarabağ məsələsini həll edən Nikol Paşinyan deyil", - deyə Köçəryan, Qarabağla bağlı bəzi xadimlərin bəyanatlarını və dəyərləndirmələrini yolverilməz hesab etdiyini bildirib.
O qeyd edib ki, həmin xadimlər süni olaraq Qarabağ problemini öz təbliğat vasitələrinə çeviriblər.
Alpər Mövludoğlu
Ordu.az