"Sülh müqabilində ərazi" variantı ətrafında danışıqlar təsadüfi deyil" - Harutyunyan

2018/11/36694-1543587651.jpg
Oxunub: 1666     19:31     30 Noyabr 2018    
"İrana təzyiq göstərilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsindən faydalanmaq cəhdlərinə əl atıla bilər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni deputat Xosrov Harutyunyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Rusiya arasında müttəfiq öhdəliklərinin özbaşına şərhləri mövcuddur.

"Silah satışı yolu ilə Azərbaycanın hərbi siyasi nəzarət altına alınması iddiası var. Ancaq nəticədə Ermənistana qarşı öz aqresiv niyyətlərini gizlətməyən bir ölkəyə ağır hərbi texnika ixrac edilir. Azərbaycanın məqsədi İrəvanı tutmaqdır. Bu bir səhv yox, düşüncə tərzidir", - deyə o qeyd edib.

Harutyunyanın sözlərinə görə, İrana təzyiq etmək məqsədilə istənilən üsullardan, ilk növbədə Dağlıq Qarabağ münaqişəsindən istifadə edilməsi cəhdləri olacaq: ""Sülh müqabilində ərazi" variantı ətrafında danışıqlar, söhbətlər təsadüfi deyil".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran   Təxribat  


Bizi "telegram"da izləyin