Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Ermənistan Respublikaçılar partiyası”nın üzvü Artaşes Qeğamyan bildirib.
O qeyd edib ki, Birləşmiş Ştatlar və İsrail İran sərhəddində hökm sürən vəziyyəti xaosa sürükləmək niyyətindədirlər.
"Faktlar, Birləşmiş Ştatların ən yaxın müttəfiqi olan İsraillə birgə İranla 100 km sərhəd zolağı olan Qarabağın təhlükəsizlik zonasının məcburi şəkildə özləri tərəfindən idarə ediləcək xaosa sürükləmək istədiyini göstərir. Bunun yolu isə Azərbaycan tərəfindən hərbi təcavüzün başlanğıcıdır", - deyə Artaşes Qeğamyan insan ağlının dərk edə bilməyəcəyi iddialar səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan İsrail istehsalı hərbi texnikası əldə etmək məqsədilə 5.5 mlrd dollar vəsait sərf edib.
"Ermənistanda müharibə baş verərsə, Şimali Qafqaz da müharibəyə meydanına çevriləcək", deyə Qeğamyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az