Paşinyan üçün heç nə dəyişməyib: “Mən Qarabağ adından deyil, yalnız Ermənistan adından danışa bilərəm”

2018/11/345-1543559639.jpg
Oxunub: 3780     10:31     30 Noyabr 2018    
“Biz nəinki, Qarabağ üzrə danışıqlar prosesini dayandırmadıq, əksinə, danışıqlar prosesində çox konkret nəticələr əldə etdik, buna sübut cəbhədə mövcud olan nisbi sakitlikdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri hazırda Ermənistanda Baş nazir postunun səlahiyyətlərini icra edən Nikol Paşinyan səsləndirib.

“Mənim adımım” blokunun seçkiqabağı təşviqat kompaniyası çərçivəsində dünən Sevan şəhərində keçirilən nümayişdə çıxış edən Paşinyan mövcud hakimiyyət dövründə danışıqlar prosesinin dayandırıldığına dair tənqidlərə münasibət bildirib.

“Atəşkəs rejimi son 15 ildə heç vaxt indi olduğu qədər qorunub saxlanılmayıb. Ancaq bu heç bir şey demək deyil. Biz anlayırıq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın və bizim müxtəlif təsəvvürlərimiz var. Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına hazır olduğumuzu bildirmişik. Ancaq biz də demişik ki, mən Dağlıq Qarabağ adından deyil, yalnız Ermənistan Respublikası adından danışıqlar apara bilərəm. Biz məsələni yekun və sülh yolu ilə həll etmək baxımından Qarabağın danışıqlar masasına dönməsini əhəmiyyətli hesab edirik”,- deyə Paşinyan qeyd edib.

Paşinyan əvvəlki hakimiyyətlərin qondarma qurumun danışıqlar masasından çıxarılmasına dair qərarlarını Ermənistan üçün bu vaxta qədər nəticəsini hiss etdiyi kobud səhv adlandırıb və bunun aradan qaldırılması üçün bütün səylərini səfərbər edəcəklərini əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin