Düşmən Qarabağda təxribatlara hazırlaşır: İki istiqamətdə təlimlər?

2018/11/2E49D-1543492316.jpg
Oxunub: 1718     15:51     29 Noyabr 2018    
Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

Ordu.az-ın Qarabağ bürosunun xəbərinə görə, artıq bir neçə gündür keçmiş Ağdərə rayonu ərazisində artilleriya silahlarından da istifadə etməklə başlanan təlimlər bu gündən etibarən Ağdam rayonu ərazisində də başlanıb.

Səhər saatlarından etibarən Ağdam rayonunun işğal altında olan Uzundərə ərazisində və Şahbulaq dağ massivində mərmi partlayışı səsləri eşidilib.

Təlimlər zamanı düşmən ağır artilleriya və zirehli texnikalardan istifadə edir.

Partlayış səsləri cəbhəboyu yaşayış məntəqələrindən aydın şəkildə eşidilir.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Təlim   Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin