Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda qulluq edən erməni hərbi qulluqçuların valideynlərinə və qohumlarına zəng edərək bildiriblər ki, onları dekabrın 9-da keçiriləcək seçkilərdə iştirak etmək üçün Gorusa və Qafana aparacaqlar.
Həmçinin qeyd olunub ki, orada əsgərlər valideynləri ilə də görüşə biləcəklər.
Məlumata görə, əsgər valideynlərinə tədbirin Paşinyan tərəfindən təşkil edildiyini və əsgərlərin "Mənim Adımım" ittifaqına səs verməli olduqlarını deyiblər.
Alpər Mövludoğlu
Ordu.az