Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri noyabr ayında işğal altında olan Dağlıq Qarabağda qanunsuz olaraq saxlanılan azərbaycanlı girovları ziyarət ediblər.
Ordu.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağda BQXK missiyasının nümayəndəsi Eteri Musayelyan bildirib.
O qeyd edib ki, BQXK öz missiyasına uyğun olaraq azadlıqdan məhrum edilənlərin saxlanma şəraiti və onlara münasibəti yoxlamaq, onların qohumları ilə ünsiyyət qurmasına şərait yaratmaq məqsədilə məhbusları ziyarət edir.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
BQXK
Girov
Qarabağ