ABŞ Kosmik Qüvvələrini necə formalaşdıra bilər?I 3 əsas variant

2018/11/15428-1543474812.jpg
Oxunub: 747     10:54     29 Noyabr 2018    
Bildiyiniz kimi, ABŞ prezidenti Donald Tramp artıq "kosmik qoşunlar" və ya "kosmik qüvvələr" yaratmağa hazırlaşır. Əslində isə hakimiyyətə yaxın dairələrdə və hərbi rəhbərlikdə bunun hansı şəkildə edilməli olmasına dair yekdil rəy yoxdur. Hələlik müxtəlif gizli "döyüşlər" davam edir.

Tramp tərəfindən elan edilən niyyət, bir qədər təbliğat xarakteri də daşıyır. ABŞ bu məsələdə Rusiyadakı modeli sanki təqlid edərək, öz kosmik birliklərini yaratmağı düşünür. Rusiya və SSRİ-nin tərkibində Müdafiə Nazirliyinin tabeliyində həm Mərkəzi idarə, həm Baş idarə, həm ayrıca Hərbi Kosmik Qüvvələr (HKQ), həm də Strateji Təyinatlı Raket Qoşunlarının tərkibindəki "kosmonavtlar"ın mövcud olmasına baxmayaraq, Kosmik Qüvvələr ayrıca qoşun növü kimi fəaliyyət göstərib. Bir neçə dəfə bu qurumlar birləşdirilib, ləğv edilib, ştat cədvəlləri və strukturu dəyişdirilib. Hazırda Hərbi Kosmik Qüvvələr, Rusiya Silahlı Qüvvələrinin bir qoşun növü kimi, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ilə birlikdə, eyni səviyyədə dayanır.

Növbəti dəyişikliklərin nə zaman baş verəcəyini heç kim təxmin edə bilməz. Lakin ciddi dəyişiklər üçün səbəb ən azından müşahidə edilmir.

ABŞ-a gəlincə isə Trampın qərarı ümumilikdə çox az şeyi dəyişə bilər. 14-cü Hava Ordusunun təmsil etdiyi ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı hərbi kosmos sahəsinə görə məsuliyyət daşıyır. Sırf bu məqsədlə HHM-dəki bütün kosmonavtlar, raket hücumu haqqında xəbərdarlıq sistemi, erkən xəbərdarlıq sistemi bu orduda toplanıb.

Əvvəlki kimi, ABŞ Hərbi Hava Qüvvələri orbital hərbi qruplaşmanın idarə olunmasını və raket buraxılışlarının həyata keçirilməsini, maliyyələşdirilməni isə HHM-in müvafiq departamenti və ya yeni yaradılacaq bir qurum yerinə yetirəcək.

"Hər şeyi olduğu kimi saxlamaq"dan başqa ABŞ rəhbərliyi hazırda 3 seçim variantını müzakirə edir. CSIS Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Todd Harrison öz materiallarında onları nəzərdən keçirib. Birinci variantda kosmonavtları HHQ-dən ayırmadan 14-cü Hava Ordusu bazasında Kosmik Korpus yaradılır, 14-cü Hava Qüvvələrinin bütün birlik və hissələri bu Korpusa daxil edilir. Bunlara Peterson aviabazasındakı 21-ci Kosmik qanad, 14-cü Hava Ordusunun qərargahının da yerləşdiyi Vandenberq aviabazasındakı 30-cu Kosmik qanad, Patrik aviabazasındakı 45-ci Kosmik qanad, Şrayver aviabazasındakı 50-ci Kosmik qanad, Bakli aviabazasındakı 460-ci Kosmik qanad və Los-Anceles aviabazasındakı Kosmik raket mərkəzi daxildir. Bir neçə kiçik bölmələr də mövcuddur, lakin biz onları siyahıya daxil etmədik. Əvvəllər "Kiber Komandanlıq" adlandırılan 24-cü Hava Ordusu da Hərbi Hava Qüvvələrinin Kosmik Komandanlığının bir hissəsi idi, lakin bu ilin yayında onları HHQ-nin Döyüş Komandanlığının tərkibinə keçirdilər.

Nəticədə yaradılacaq Kosmik Korpus 12100 hərbi qulluqçuya, 1600 nəfər Milli Qvardiyanın tərkibindən və ya HHQ-nin ehtiyatından çağırılanlara, 11900 nəfər mülkidən cəlb edilən hərbi vəzifəlilərdən və qərargahın fəaliyyətini dəstəkləmək üçün 1700 nəfərlik işçi heyətindən, ümumilikdə isə 27300 nəfər şəxsi heyətə sahib ola bilər. Harrisonun sözlərinə görə, bu variant ildə 11.3 milyard dollar tələb edir ki, onlardan yalnız 0.3 milyard dolları yeni maliyyə xərcləri kimi Korpusun qərargahının həyat və fəaliyyətinə sərf ediləcək.

Kosmik Korpus variantı, şəxsi heyətin sayı və yerləşməsi

İkinci variantda kosmonavtlar HHQ-nin tərkibindən ayrılaraq müstəqil qoşun növünə çevrilir. Bura Hərbi Hava Qüvvələrinin 14-cü Hava Ordusunun yuxarıda göstərilən birləşmələrindən başqa, əlavə olaraq ABŞ Kosmik və RƏM Qüvvələr Komandanlığının 1-ci kosmik briqadası da yeni qoşun növünün tərkibinə daxil edilir. Bu briqada kosmik məkanın izlənilməsini ilə bərabər ABŞ-ın, onun müttəfiqlərinin və potensial rəqiblərinin kosmik aparatlarını daim nəzarətdə saxlayır.

Hərbi Dəniz Donanmasının Point-Mugu aviabazasındakı (daha doğrusu, poliqonundakı) Hərbi Dəniz Əməliyyatları Kosmik Mərkəzdən, həmçinin San-Dieqo donanmasının bazasındakı Kosmik Əməliyyatlar Komandanlığından məhrum edilməlidir. Nəticədə 35800 şəxsi heyətə malik qurum yaranır, onlardan 16700 nəfəri hərbçi, 1900 nəfəri Milli Qvardiyadan və ya ehtiyatdan, yerdə qalanları isə mühafizə və təminatla məşğul olan mülki vətəndaşlardan ibarətdir. Bu variantda 13.4 milyard dollar maliyyələşdirmə tələb olunur ki, bunlardan da yalnız 0.4 milyard dolları yeni xərclərdir, qalan məbləğ yeni yaradılan strukturun "donorları" halına gələn Silahlı Qüvvələrin qoşun növlərindən alınacaq.

Minimum komplektləşdirməyə sahib Kosmik Qüvvələr variantı, yerləşməsi və şəxsi heyət sayı

Üçüncü variant - eyni şəkildə əlahiddə Kosmik Qüvvələr (qoşunlar) və lazım olan qalan hissələr yaradılır. Yuxarıda göstərilənlərdən başqa, ABŞ-ın milli raket əleyhinə müdafiə sisteminin bütün strukturları onun tərkibinə daxil edilir. Bunların tərkibinə Alyaskadakı Fort Qrili və Kaliforniyadakı Vandenberq aviabazasındakı 44 raket əleyhinə atıcı qurğuların da daxil olduğu ABŞ ordusunun 100-cü raketdən müdafiə briqadası aid ola bilər. Həmçinin RƏM Agentliyinin şəxsi heyətinin bir hissəsi də (baxmayaraq ki, donanmanın da RƏM sistemi mövcuddur, lakin ona toxunulmur) və DISA - Müdafiə İnformasiya Sistemləri Agentliyinin bir hissəsi Kosmik Qüvvələrin tərkibinə daxil edilə bilər. Ümumilikdə 48500 nəfər alınır ki, onlardan 18300 nəfəri hərbi qulluqçulardan, 2800 nəfəri Milli Qvardiya, HHM və Ordu qüvvələrinin ehtiyatından, 24300 nəfəri mülkilərdən və 3100 nəfəri isə təhlükəsizlik və təminat personalından ibarət olacaq. Bu variantda xərclərin ümumi məbləği 21.5 milyard dollara qədər artır ki, onlardan da yalnız yarım milyard dolları yeni maliyyələşmə maddəsinə aiddir. Harrisonun bu yeni təxminlərinin xərcləri olduqca az olduğuna görə kifayət qədər optimist hesab oluna bilər. Özünün müstəqil rəhbərliyi ilə yeni yaranan struktur fəal şəkildə yerləşməyə başlayacaq və özü üçün maliyyə vəsaiti tələb edəcək. Bu tələbin isə kiçik olacağı inandırıcı deyil.

Maksimum konfiqurasiyada Kosmik Qüvvələr variantı, yerləşməsi və personal sayı

Digər tərəfdən, bu qərara kifayət qədər etiraz edənlər mövcuddur. Bunu yalnız onun lazımsız hesab edildiyinə görə etmirlər, həmçinin Trampın təklif etdiyi üçün ona qarşı çıxanlar da kifayət qədərdir. Bəzən görünür ki, Amerika cəmiyyətinin və mediasının bir qismində anti-Tramp əhval ruhiyyəsi elə bir səviyyəyə çatıb ki, artıq bir çoxu ABŞ prezidentinin təklif etdiyi istənilən ideyanın əleyhinə çıxır. Trampın təşəbbüsləri Konqresin yeni tərkibində artıq "durulmağa" başlayıb və hazırda müzakirə edilməyinə baxmayaraq onların parlaq gələcəyinə ümid azdır. Yeni Kosmik Korpusun və xüsusilə də Kosmik Qüvvələrin yaradılması ilə vəziyyət daha da pisləşə bilər. Korpusu yaratmaq böyük ehtimalla bəlkə mümkün oldu, lakin müstəqil qoşun növünün formalaşdırılmasının çox sayda rəqibi olacağı şübhəsizdir. Əlbəttə ki, okeanın o tərəfində baş verən hər hansı bir qarşıdurma, Rusiya elitasını sevindirməyə bilməz. Bu təşəbbüsün real nəticəsi daha sonra tam aydın olacaq.

Yazı Y. Vyatkinin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: ABŞ   Kosmik-Qüvvələr  

ABŞ Kosmik Qüvvələrini necə formalaşdıra bilər?I 3 əsas variant

2018/11/15428-1543474812.jpg
Oxunub: 748     10:54     29 Noyabr 2018    