Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva
Ordu.az-a açıqlamasında deyib ki, əgər N.Paşinyan münaqişənin həllində maraqlı olsaydı, o, ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında aparılan danışıqlar formatına əngəllər yaratmazdı:
"Bu danışıqlarda isə birbaşa iştirakçılar ATƏM (ATƏT) 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə açıq şəkildə müəyyən edildiyi kimi Ermənistan və Azərbaycandır. Ermənistan baş nazirinin vəzifələrini icra edən şəxsin əsassız və ziddiyyətli bəyanatları onu göstərir ki, o, erməni xalqı üçün “yaxşı gələcəyin qurulmasında” heç də öz sələfindən irəli gedə bilməyəcək. Bu bəyanat, həmsədrlərin bölgəyə səfəri zamanı müzakirə edilmiş ikitərəfli görüş ərəfəsində Ermənistanın səmimiliyinə dair şübhələr doğurur".
Ordu.az