"Dağlıq Qarabağın sülh prosesində Ermənistanı layiqincə təmsil edə bilməyən hökumət nümayəndələri nə barədə danışırlar".
Ordu.az erməni KİV-lərinə istinadən xəbvər verir ki, bu barədə bu gün Ermənistanın Baş naziri vəzifəsini icra edən və "Mənim addımım" ittifaqının lideri Nikol Paşinyan Vanadzor Meydanında sakinlərlə görüşündə deyib.
Onun sözlərinə görə, Respublikaçılar partiyası öz hakimiyyəti illərində həm xarici, həm də daxili siyasətdə Ermənistanın təhlükəsizlik zəmanətini pozub.
“Mən parlamentin tribunasından da bir dəfə demişəm. Dağlıq Qarabağın sülh prosesində Ermənistanı layiqincə təmsil edə bilməyən hökumət nümayəndələri nə barədə danışırlar. Bu gün Vanadzor şəhərinə daxil olarkən Vaham Baqdasaryanın şüarını gördüm: "Əgər Ermənistanın təhlükəsizliyi ilə bağlı narahatsınızsa, Respublikaçı Partiyaya səs verin". Demək istəyirəm ki, Respublikaçılar partiyası öz hakimiyyəti illərində həm xarici, həm də daxili siyasətdə təhlükəsizlik zəmanətimizi pozub. Ordunu talan edən hakimiyyətin təhlükəsizlikdən danışmağa hansı haqqı var?", - deyə Paşinyan bildirib.
Paşinyan, hökumət və xalqın Qarabağ məsələsinin həllinə dair arzuları arasında ziddiyyət olmadığını söyləyib: "Qarabağ problemini istədiyiniz kimi həll etmək istəyirik, hətta bir milimetr belə şübhəniz olmasın. Ancaq bu, bizim çox işləməyimizi tələb edir, biz çox çalışmalıyıq və dövlət gəlirlərini artırmalıyıq. Vergi ödəyiciləri artmalı, vergilərin sayı artmalıdı, büdcəmiz yoxsul olmamalı, ikiqat, üçqat artmalıdır. Korrupsiyaya qarşı mübarizə çərçivəsində oğurlanmış pulları qaytarmalı və silahlı qüvvələrə sərf etməliyik. Oğurlanmış pullar geri qaytarılmalı və ordunun möhkəmlənməsinə, güclənməsinə sərf edilməlidir".
Alpər Mövludoğlu
Ordu.az