Ordu.az xəbər verir ki, işğalçı ordunun 5-ci dağ atıcı alayının hərbi qulluqçusu Qarik Markaryan xidmət yoldaşları tərəfindən qəddarcasına döyülüb.
Oğlunu ziyarət etməyə gələn əsgərin atası hadisədən xəbər tutub və dərhal müvafiq qurumlara şikayət edib. Məlumatda o da deyilir ki, döyülən əsgər Q.Markaryanın atası Qarabağ müharibəsi iştirakçısı Vahram Markaryandır.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Ordu.az