İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edərkən xəsarət alaraq əlil olan erməni hərbi qulluqçu Artur Mxitaryan məruz qaldığı qanunsuzluqlar səbəbindən Ermənistan rəhbərliyinə və hüquq-mühafizə orqanlarına şikayət ərizələri göndərib.
Ordu.az xəbər verir ki, hərbi həkim komissiyasının qərarı ilə tərxis edilmiş işğalçı ordunun 6-cı dağ atıcı alayının keçmiş hərbi qulluqçusu A.Mxitaryan xidmət dövründə aldığı xəsarət nəticəsində əlil olub. Lakin bu günə qədər o məsul şəxslərin laqeydliyi səbəbindən təqaüd ala bilmir.
Keçmiş hərbi qulluqçu A.Mxitaryan müsbət cavab almayacağı təqdirdə başqa addımlara əl atacağını da bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Şikayət