Amerikalı politoloq: "Qarabağ münaqişəsi zonasında Rusiya-Türkiyə əməkdaşlığı mövcuddur"

2018/11/putin-1543055601.jpg
Oxunub: 1368     17:32     24 Noyabr 2018    
"ATƏT-in Minsk Qrupunun formatına uyğun gəlməsə də, Qarabağ münaqişəsi zonasında Rusiya-Türkiyə əməkdaşlığı mövcuddur".

Ordu.az xəbər verir ki, bu sözləri amerikalı politoloq Pol Stronski Qarabağ münaqişəsində ehtimal olunan Rusiya-Türkiyə əməkdaşlığına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində problem yaşandığı bir məqamda bu cür əməkdaşlığın uğurları da bölgədə Qərb, ABŞ, ATƏT-in Minsk Qrupunun nüfuzuna və mövcudluğuna təsir edəcək.


"Bu kimi anlaşmalar barədə söhbətlər elə məhz bu ərəfələrdə fəallaşıb. Ermənistana gəldikdə isə hazırda xarici siyasətə yenidən baxılma mərhələsi baş verir. Bunu ABŞ prezidentinin müşavirinin açıqlamaları, İrəvandakı görüşləri, həmçinin Ermənistan Baş nazirinin Ermənistan-ABŞ münasibətlərinə dair son açıqlamaları da sübut edir.

Ermənistan-Rusiya və KTMT-dəki mövcud problemlər də bundan xəbər verir. Qarabağ danışıqları prosesinə təsir edə biləcəyi ehtimal olunan Ermənistan-ABŞ münasibətlərində dəyişikliklər olacağına ümid edilir. Bu barədə Con Bolton da danışaraq, Ermənistanda baş tutacaq seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsi zonasında irəliləyişlərin olacağına ümid etdiyini bildirib", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin