Paşinyan Qarabağdakı hərbi hissələri yoxlatdırır: "Təki oğlum yaxşı qidalansın"

2018/11/nizam-1542986397.jpg
Oxunub: 2796     20:54     23 Noyabr 2018    
Bir neçə gün əvvəl Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan keçirdiyi mətbuat konfransında orduda əsgərlərin qida rasionunun düzgün olmadığını və yeməklərin keyfiyyətsiz olduğunu bildirib.

Hətta Paşinyan etiraf edib ki, əsgərlikdə olan oğlu Aşot ona zəng edərək ərzaq məhsullarının göndərilməsini istəyib. Bunu görən Paşinyan oğlunun xidməti şəraitinin yaxşılaşdırılması üçün Azərbaycanın işğal altında olan Ağdərə yaşayış məntəqəsində qanunsuz dislokasiya olunmuş hərbi hissəyə araşdırma aparılması üçün Ermənistan Müdafiə Nazirliyi əməkdaşlarından ibarət bir qrupa tapşırıq verib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, vaxtilə müxtəlif hərbi hissə komandirlərinin rəsmi müraciətlərinin olmasına baxmayaraq məsələyə laqeydliklə yanaşılır, zəruri tədbirlər görülmürdü.

Paşinyanın orduda xidmət edən yüksək rütbəli zabitlərin müraciətlərini diqqətə almayaraq oğlunun telefon zəngi ilə tələm-tələsik hərbi mütəxəssislərdən ibarət qrupu araşdırma aparmaq üçün hərbi hissəyə göndərməsi ondan xəbər verir ki, orduda xidmət edən hərbi qulluqçuların və əsgərlərin hansı şəraitdə, necə xidmət etdiyi Ermənistan Baş naziri üçün maraqlı deyil.

Bir sözlə nə ölkədəki, nə də ordudakı acınacaqlı vəziyyət Paşinyanı maraqlandırmır. Onu maraqlandıran yalnız şəxsi ambisiyalarıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan-ordusu  


Bizi "telegram"da izləyin