Yanacaq satan erməni zabit cinayət məsuliyyətinə cəlb olunub

2018/11/17_09-1542978249.jpg
Oxunub: 2402     16:58     23 Noyabr 2018    
İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində növbəti qanunsuzluq qeydə alınıb.

Ordu.az xəbər veri ki, hərbi hissədən yanacaq oğurlayaraq satan erməni zabit barəsində cinayayət işi açılıb.

Məlumatda deyilir ki, əlahiddə artileriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini mayor Levon Xaçatryan vəzifəsindən sui istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Mayor L.Xaçatryan tabeçiliyində olan bölükdə qeydiyyatda olan “Ural-375” yük maşının yol vərəqələrində saxtakarlıq edərək 600 litr yanacaq oğurlayıb. Yanacağı 155,700 drama, yəni 321 ABŞ dollarına satarkən saxlanılıb.

Maraqlısı odur ki, zabit bunu şəxsi işi üçün etmədiyini deyir. Erməni zabitin həyat yoldaşı isə, istintaqı aparan müstəntiqin onlardan cinayət işini bağlamaq üçün mayorun oğurladığının 5 qatını (1500 ABŞ dolları) istədiyini deyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan-ordusu   Mənimsəmə  


Bizi "telegram"da izləyin