Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun bu bəyanatına Ermənistan Müdafiə nazirinin sabiq müavini, parlamentin xarici siyasət daimi komissiyasının sabiq sədri Artak Zakaryan münasibət bildirib.
Onun sözlərinə görə, danışıqlar dedikdə, bu gizlilik və səlahiyyət tələb edir ki, bu danışıqları da Ermənistan rəhbərliyi həyata keçirib.
"Bu halda nəzərdə tutulan geniş əhatə dairəsi dedikdə, kimlərin nəzərdə tutulduğu qeyd edilmədiyinə görə deyilənlər anlaşılmazdır. Bu geniş əhatə dairəsinin kimlərdən ibarət olacağı və rolu çox maraqlıdır. Paşinyan bunu deməklə bu ağır yükü bölüşdürməyi nəzərdə tutub. O, hesab edir ki, bu addım məsuliyyətdən yayınmaq üsullarından biridir. Paşinyan getdikcə məsələnin və məsuliyyətin ciddiliyini dərk edir, yaxud məsələni ünvansız etmək istəyir. Bu yeni bir hiylədir və təklif edirəm ki, Paşinyan fikirlərini izah etsin, bəlkə bu istiqamətdə düşünməyə dəyər", - deyə Zakaryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az