Ordu.az xəbər verir ki, görüş BQXK-nın Bərdə rayonunda yerləşən Sub-nümayəndəliyində baş tutub.
Təxminən üç saat davam edən görüşdə beynəlxalq təşkilatın Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru İlahə Hüseynova, Bərdə Sub-nümayəndəliyinin rəhbəri Gerardo Moloeznik və onun köməkçisi Xudaverdi Rzayev çıxış ediblər.
Münaqişə bölgəsində çalışan media mənsubları ilə söhbət zamanı onlara BQXK-nın mandatı və həyatda keçirdiyi fəaliyyətlər, BQXK-nın cəbhəyanı ərazilərdə həyata keçirdiyi fəaliyyətlər, BQXK-nın itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması istiqamətdəki fəaliyyətləri və BQXK-nın saxlanılmış şəxslərlə bağlı fəaliyyətləri haqqında ətraflı söhbət açılıb.
Sözügedən mövzu üzrə jurnalistləri maraqlandıran suallara cavab verilərək ətraflı müzakirə təşkil edilib.

Elgün Gəncimsoy
Ordu.az