Erməni politoloq gözlənilən böhran barədə: "Paşinyan hakimiyyəti Qarabağ məsələsində legitim deyil"

2018/11/Stepa-1542019720.jpg
Oxunub: 667     14:47     12 Noyabr 2018    
"Qarabağ problemində gözlənilməz məqamların ortaya çıxdığı anda fəaliyyətdə olan hakimiyyət ağır siyasi böhranla üz-üzə qala bilər".

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan öz "Facebook" səhifəsində yazıb.

"Hakimiyyət dəyişikliyi "Serji inkar et" şüarı ilə başlamış və ümumxalq dəstəyi əldə edib.

Parlament seçkiləri siyasi məkanın pozulması şəraitində və nəzərdə tutulan vaxtdan tez keçirilir. Bunun məsuliyyətini bir şəxs daşıyır. Nikol Paşinyanın açıq vədlərinə görə seçkilər 3 şərt yerinə yetirildikdən sonra keçirilə bilərdi.

- Yeni seçki qanunvericiliyinin dəyişdirilməsi,
- Partiyalar haqqında yeni qanun qəbul edilməsi,
- Qanunsuz əmlakın qaytarılması mexanizmlərinin hazırlanması.

Lakin hər 3 şərt yerinə yetirilməyib. İlkin ehtimala görə yeni parlamentdə Vətəndaş Müqaviləsi partiyası səs çoxluğuna sahib olacaq. Bu partiyaya əhalinin böyük əksəriyyətinin Nikol Paşinyana olan inamına görə səs verəcəyi gözlənilir. Əhalinin bir qismi isə özləri üçün qəbul olunan namizədin olmadığını əsas gətirərək, seçkilərdə iştirak etməyəcək. Siyahılarda əks olunan şəxslər arasında Nikol Paşinyandan başqa əhali arasında nüfuzu olan heç kəs yoxdur. Yeni parlamentdə yeganə məsuliyyətli cavabdeh şəxs Paşinyan olacaq. Qalanları isə Paşinyanla qarşılıqlı əlaqəli şəxslərdir. Qarabağ məsələsi Paşinyanla qarşılıqlı əlaqədə olan şəxslərin müzakirə edəcəyi və ya həll edə biləcəyi məsələ deyil. Nikol Paşinyanın iflasa uğradığı halda bu parlament yararsız və mənasız olacaq. Bu parlamentin yeganə missiyası siyasi və iqtisadi islahatların aparılmasıdır. Seçiləcək parlamentin başqa mandatı olmayacaq.

Qarabağ məsələsinə gəldikdə isə ümumi yayınma baxışlarından və bu məsələnin sahibi erməni xalqıdır, deyə bəyanatından başqa əhəmiyyətli bir mövqe açıqlanmayıb. Vətəndaş müqaviləsi partiyasının siyahısında Qarabağ məsələsi ilə bağlı ictimai rəyi əks etdirən hər hansı məşhur bəyanatla çıxış edən heç bir şəxs yoxdur. Nikol Paşinyan da bu məsələnin sahibi deyil. Onun xarizması sosial ədalət və qanunçuluq uğrunda mübarizə üzərində qurulub. Qarabağ məsələsində ictimai legitimliyi olmayan bir parlamentimiz olacaq. Bu məsələ yalnız geniş ictimaiyyətin nəzarəti, məsuliyyəti altında müzakirə olunmalıdır. Qarabağ problemində gözlənilməz məqamların ortaya çıxdığı anda fəaliyyətdə olan hakimiyyət ağır siyasi böhranla üz-üzə qala bilər".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Erməni politoloq gözlənilən böhran barədə: "Paşinyan hakimiyyəti Qarabağ məsələsində legitim deyil"

2018/11/Stepa-1542019720.jpg
Oxunub: 668     14:47     12 Noyabr 2018    