ABŞ-ın ATƏT-dəki nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır"

2018/11/2321--1541741467.jpg
Oxunub: 664     09:01     09 Noyabr 2018    
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin Helsinki yekun aktında qeyd olunduğu kimi güc tətbiq etmədən, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə hüququ prinsiplərinə əsaslanan uzunmüddətli və dinc yolla həlli naminə tərəflərlə işi davam etdirmək niyyətindədir".

Ordu.az xəbər verir ki, bu fikirləri ABŞ-ın ATƏT-dəki missiya rəhbərinin köməkçisi səlahiyyətlərini icra edən Greqori Makris səsləndirib.

Qurumun Daimi Şurasının iclası zamanı çıxış edən Makris ABŞ-ın ATƏT ərazisindəki münaqişələrin, həmçinin, Dağlıq Qarabağ probleminin nizamlanmasını vacib hesab etdiyini diqqətə çatdırıb.

O, məhz bununla əlaqədar olaraq ABŞ prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibinin müavini Corc Kent kimi yüksək vəzifəli nümayəndələrinin Ermənistan və Azərbaycana getdiyini xatırladıb.

"ABŞ bu münaqişənin hərbi yolla həllinin olmaması mövqeyi ilə razıdır. Status-kvo qəbuledilməzdir. ABŞ münaqişənin Helsinki yekun aktında qeyd olunduğu kimi güc tətbiq etmədən, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə hüququ prinsiplərinə əsaslanan uzunmüddətli və dinc yolla həlli naminə tərəflərlə işi davam etdirmək niyyətindədir", - deyə Makris vurğulayıb.

Ordu.az

Teqlər: Dağlıq-Qarabağ   ABŞ   ATƏT  

ABŞ-ın ATƏT-dəki nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır"

2018/11/2321--1541741467.jpg
Oxunub: 665     09:01     09 Noyabr 2018    