Ordu.az "shyamshyan.com" saytına istinadən xəbər verir ki, bu gün saat 12:00 radələrində Ermənistan Müdafiə Nazirliyinə məxsus "Kamaz" markalı avtomobil Gorusdan Qubadlı istiqamətinə hərəkət edərkən (yolun 39-cu km-də) qəzaya düşüb.
Məlumata görə, hərbi qulluqçulardan 2-si hadisə yerində ölüb, 1 hərbi qulluqçu təxliyyə edilərkən, 1 hərbi qulluqçu isə hospitalda ölüb. Ölən və yaralanan hərbi qulluqçuların adları dəqiqləşdirilir.
Hazırda müdafiə nazirliyinin, hərbi polisin və aidiyyəti ordu korpusunun nümayəndələri hadisə yerindədirlər.
Alpər Mövludoğlu
Ordu.az