Prezident Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağı müzakirə etdi

2018/11/15415-1541581212.jpg
Oxunub: 265     12:59     07 Noyabr 2018    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyi bildirilib, hazırda ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların aparıldığı vurğulandı və bu sazişin gələcək əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkan yaradacağı qeyd olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında, Azərbaycanla Avropa İttifaqı arasında turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Ordu.az

Teqlər: Prezident   Qarabağ  

Prezident Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağı müzakirə etdi

2018/11/15415-1541581212.jpg
Oxunub: 268     12:59     07 Noyabr 2018    