İşğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun mərkəzi tabelikdə olan bir sıra bölmələri cəlb olunmaqla, 10 noyabr 2018-ci il tarixinədək davam edəcək taktiki təlimlərin keçirilməsinə başlayıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dörd mərhələdən ibarət təlimdə əsas diqqət müasir döyüşdə bölmələr, qoşun növləri və xidmətlər arasında məqsədyönlü qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə yönəldiləcək.
Yekun mərhələdə “müdafiəyə soxulmuş rəqibin məğlub edilməsi, ön xəttin bərpası, hücumun davam etdirilməsi və əlverişli xəttin ələ keçirilməsi ” mövzusunda döyüş atışlı təlim keçiriləcək.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Qarabağ
Taktiki-təlimlər