Ordu.az xəbər verir ki, xüsusi təyinatlı hərbi hissənin 4-cü dəstəsi rəisinin döyüş hazırlığı üzrə müavini mayor Norayr Boduryan Nubaraşen atış mərkəzində keçirilən döyüş atışları məşğələsinə rəhbərlik etdiyi zaman xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşıb. Onun laqeyidliyi nəticəsində kəşfiyyatçı-snayper, müqaviləli hərbi qulluqçu sıravi Olinka Mnatsakanyana təhkim edilmiş silahda güllə qaldığını görməyib.
Sonradan O.Mnatsakanyan həmin silahdan atəş açmaqla cinayət törədib.
Hərbi hissə komandanlığı hadisəni ictimaiyyətdən gizlədərək ört-basdır etməyə çalışır.
Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməyib.
Alpər Mövludoğlu
Ordu.az