Ordu.az xəbər verir ki, rabitə alayında nizamnamədənkənar münasibətlər zəminində cinayət hadisəsi baş verib.
Məlumatda deyilir ki, Ermənistan ordusunun əlahiddə rabitə alayında xidmət edən baş operator, yefreytor Armen Xaçatryanla xidmət yoldaşı sürücü-elektrik, sıravi Rafael Gonyan arasında mübahisə baş verib.
Nəticədə yefreytor A. Xaçatryan tərəfindən yaxşıca əzişdirilən sıravi R.Gonyan ağır bədən xəsarətləri ilə tibb məntəqəsinə yerləşdirilib.
Xəbərdə deyilir ki, hərbi qulluqçular arasında münaqişəyə səbəb R.Gonyana məxsus pul kartının yefreytor A. Xaçatryan tərəfindən zorla alınması olub.
Alpər Mövludoğlu
Ordu.az