Ordu.az xəbər verir ki, Xankəndində kilsə inşası meydanında qanunsuz qazıntılar zamanı sal daş döşəməsi aşkar edilib.
İlkin məlumata görə, bu XIX əsrdə burada yerləşmiş çar ordusunun hərbi hissəsinə aiddir. Tapıntının araşdırılması üçün mütəxəssis cəlb edilib və sal daş döşəmənin sonrakı taleyi ilə bağlı müzakirələr aparılır.
Bildirilir ki, çar ordusuna aid hərbi hissənin tikililərinin qalıqları müharibə nəticəsində dağılıb. Bununla yanaşı, XIX əsrin 80-ci illərində həmin ərazidə ilk öncə kazak, daha sonra Sovet ordusunun hərbi hissəsi mövcud olub.

Alpər Mövludoğlu
Ordu.az