Ordu.az xəbər verir ki, bu sözləri ATƏT-in Baş katibi Tomas Qreminqer bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
"Bütün münaqişə tərəfləri konstruktiv bir şəkildə işləməlidirlər. Gərginliyin artmasına yönəlik bəyanatlardan çəkinməli və təmas xəttində gərginliyi azaltmağa çalışmalıdırlar", - deyə o vurğulayıb.
O əlavə edib ki, tərəflər konstruktiv danışıqlara kömək edəcək atmosfer yaratmaq üçün vaxt sərf etməlidirlər.
"Hər iki tərəfi əhatə edən və uzunmüddətli sülh üçün lazım olan kompromislər etmək üçün tərəflər bu cür atmosferə ehtiyac duyur", - deyə o vurğulayıb.
İlkin Məmmədov
Ordu.az