"Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın görüşü dekabr ayında ATƏT Xarici İşlər nazirlərinin iclası çərçivəsində Milanda keçirilə bilər".
Ordu.az xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
"Hesab edirəm ki, görüş ATƏT-in Xarici İşlər nazirlərinin iclası çərçivəsində İtaliyada keçirilə bilər. Biz bu məsələni Ermənistanın xarici işlər naziri ilə müzakirə etdik. Beş dəqiqədən sonra Azərbaycanın xarici işlər naziri ilə görüşəcəyik və onunla eyni məsələyə toxunacağıq ", - deyə Popov jurnalistərə açıqlamasında bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Ermənistan
XİN