"ATƏT-in Qarabağ münaqişəsinin həlli üzrə səylərini alqışlayırıq" - Lavrov

2018/11/95313-1541153114.jpg
Oxunub: 2577     14:04     02 Noyabr 2018    
"ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini müsbət qiymətləndiririk".

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Tomas Qreminger ilə görüşdən sonra təşkil edilən brifinqdə deyib.

"Təşkilatın Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanmasındakı, Cənubi Qafqazda sabitliyə dair Cenevrə müzakirələrindəki səylərini, o cümlədən ATƏT-in Balkanlardakı fəaliyyətini müsbət qiymətləndirdik", - deyə o bildirib.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin