Paşinyan parlamentdə Qarabağla bağlı sualdan yayındı

2018/11/ipane-1541080306.jpg
Oxunub: 3806     17:50     01 Noyabr 2018    
"Ermənistan hökumətinin xalqdan aldığı mandatı, xalqa qarşı istifadə edə biləcəyini düşünən birinin olması çox şübhəlidir".

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentində “Ermənistan Respublikaçılar” partiyasından olan deputat Xosrov Harutyunyanın, yaxın gələcəkdə Qarabağ probleminin nizamlanması ilə bağlı sualını cavablandırarkən baş nazirliyə yeganə namizəd, baş nazir vəzifəsini icra edən Paşinyan çıxışı zamanı bildirib.

Deputat ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Qarabağ münaqişəsi ilə bağlı bəyanatını diqqətə çatdıraraq, bu qısa zamanda Qarabağ problemi ilə bağlı hansı həlledici addımlar atıla bilər, deyə Paşinyanın mövqeyi ilə maraqlanıb.

Paşinyan cavabında bildirib ki, bir sıra həmkarlarına görüşlər zamanı bu problemin həlli imkanları üçün pəncərə olduğunu deyərkən, birbaşa sual verərək nəyi nəzərdə tutduqlarını ona izah etmələrini xahiş etdiyini qeyd edib.

"Erməni xalqının maraqlarına zidd olaraq Qarabağ münaqişəsinin həllinin mümkün olmasına kiminsə ümid etməsi istisnadır", - deyə Paşinyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin