Ordu.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksandr Skakov ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfəri və səsləndirdiyi bəyanatları şərh edərkən bildirib.
Skakovun sözlərinə görə, ABŞ rəsmisinin Cənubi Qafqaza səfərinin məqsədi qlobal baxımdan nəzərə alınmalıdır.

"ABŞ Cənubi Qafqaz ölkələri ilə ayrı-ayrılıqda əməkdaşlığı dərinləşdirmək niyyətində deyil. Bu, Boltonun Qafqaza dair açıqlamaları ilə ortaya çıxdı. ABŞ-ın məqsədi İran siyasəti ilə bağlıdır. Bolton xarici təsiri zəiflətmək üçün Qarabağ münaqişəsinin həllinə ehtiyac olduğunu vurğuladı. Yəni Rusiyanın həm Ermənistana, həm də Azərbaycana təsir göstərdiyini, lakin Rusiyanın bu təsirləri tərəflərin xeyrinə istifadə etdiyini, bütün müsbət razılaşmalara Rusiyanın vasitəçiliyi nail olunduğunu bildirdi.
Səfər zamanı super güclərin rəqabətinin bu bölgədə də aparılacağının ifadə edildiyi və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında təşəbbüslə çıxış etməyə qarşı olmayacağı aydın oldu. Lakin hakimiyyətin nə qədər hazır olmasına baxmayaraq, tərəflər bunun üçün hazır deyillər. Bu hər hansı bir hakimiyyət üçün ciddi bir məsələdir. Tərəflər özləri başa düşürlər ki, Rusiya ilə əlaqələr çox güclü və möhkəmdir. Ermənistanda baş verən daxili siyasi dəyişikliklər ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək vektor dəyişikliyinə ümid verib", - deyə Skakov qeyd edib.
Qeyd edək ki, Con Bolton İrəvanda olarkən seçkilərdən sonrakı dövrün Qarabağ münaqişəsinin həlli prosesində həlledici addımlar atmaq üçün uyğun olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, ABŞ silahlarını münaqişə tərəflərinə satmaqla bağlı məsələni də nəzərdən keçirməlidir.
Alpər Mövludoğlu
Ordu.az