Ordu.az xəbər verir ki, Ermənistan çağırışçıları kütləvi surətdə Qarabağa getməkdən boyun qaçırdığı üçün təmas xəttindəki mövqelər məhdud sayda hərbi qulluqçu (4 mövqeyə 6 əsgər) ilə qorunur.
Məlumata görə, düşmən ordusunun postlarında xidmət də 15 gündən 28 günədək artırılıb.
Postlarda uzun müddət içməli su olmur, qida zəhərlənmələri, təminat problemləri davam edir. Eyni zamanda, Ermənistan silahlı qüvvələrində narkotik tipli vasitələrdən istifadə, əsgərlərin cinsi istismara məruz qalması, zabitlər tərəfindən döyülməsi, postlarda spirtli içkilərin qəbul edilməsi halları da artıb.
Alpər Mövludoğlu
Ordu.az