Duqindən İrəvanı sarsıdacaq açıqlama: "Moskva daima Dağlıq Qarabağın Azərbaycana aid olduğunu qəbul edib"

2018/10/dg-1540883219.jpg
Oxunub: 3416     10:56     30 Oktyabr 2018    
"Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş verməsəydi, regionların qaytarılması məsələsi həll ediləcəkdi".

Ordu.az xəbər verir ki, bunu Avrasiya Hərəkatının rəhbəri, politoloq Aleksandr Duqin "Artinyuz-Qafqaz" saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, konstruktiv dialoqa dönmək üçün münaqişənin həlli prosesində aidiyyəti olan ölkələr birbaşa iştirak etməlidirlər.

"Söhbət Rusiya, İranı və Türkiyədən gedir", - deyə Duqin qeyd edib.

O, həmçinin Ermənistanda siyasi qeyri-sabitlik dövrünün hökm sürdüyünü bildirib: "Əgər hakimiyyət dəyişikliyi olmasaydı, bu məsələdə mühüm nəticələr əldə edilə bilərdi. Əslində, əvvəlki mərhələdə tərəflər münaqişənin sülh yolu ilə həll edilməsi üçün yol xəritəsi məsələsini razılaşdırmışdılar".

O qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri heç vaxt anti-Azərbaycan xarakterli olmayıb və Moskva həmişə Dağlıq Qarabağın Azərbaycana aid olduğunu qəbul edib.

"Bəli, Ermənistan Rusiyanın strateji tərəfdaşıdır, amma bu, İrəvanın Moskvanı manipulyasiya etməyə çalışa biləcəyi demək deyil. Rusiya ilə tərəfdaşlıqdan Azərbaycana qarşı istifadə etmək yanlışdır. Rusiya Bakı ilə qarşıdurmada Ermənistanın əlində bir vasitəyə çevrilməyəcək.

İndi Rusiya Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Ermənistan-Rusiya münasibətləri heç vaxt anti-Azərbaycan xarakterli olmayıb. Moskva həmişə Dağlıq Qarabağın Azərbaycana aid olduğunu qəbul edib. Biz Ermənistanla müttəfiqik, lakin bu ittifaq Azərbaycana qarşı yönəlməyib. Azərbaycanla Rusiyanın münasibətlərinin yaxınlaşması Ermənistanla münasibətlərdən heç cür asılı deyil", - deyə Duqin vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ   Duqin  


Bizi "telegram"da izləyin