Amerikalı analitik: Bolton Ermənistana İranla bağlı şərt qoyub

2018/10/14720-1540817560.jpg
Oxunub: 2098     16:51     29 Oktyabr 2018    
"İranla əməkdaşlığa dair məhdudiyyətlər Ermənistan-ABŞ münasibətləri üçün ilkin şərt ola bilər".

Ordu.az xəbər verir ki, bunu ABŞ Xarici Siyasət şurasının analitiki Stiven Blank, ABŞ prezidentinin müşaviri Con Boltonun Ermənistana səfərini şərh edərkən bildirib.

Analitikin sözlərinə görə, Ağ Ev administrasiyası Tehranı cari dağıdıcı siyasətdən imtina etməsinə məcbur etmək üçün İrana qarşı sərt bir yanaşma nümayiş etdirir.

"Ermənistan həmişə İranla əməkdaşlıq edəcək, çünki onlar qonşu ölkələrdir. Lakin Ermənistan diplomatik və iqtisadi sahələrdə İrana həddindən çox güclü dəstək verir. Hesab edirəm ki, Bolton Ermənistanda deyib ki, əgər Amerikanın sizinlə dost olmasını istəyirsinizsə İranla münasibətlərini məhdudlaşdırmalısınız", - deyə o qeyd edib.

O, həmçinin vurğulayıb ki, İrəvan və Bakıda Bolton tərəfindən qaldırılan digər mühüm məsələ Qarabağ münaqişəsinin nizamlanmasıdır ki, bu həm Ermənistan, həm Azərbaycan, həm də ABŞ tərəfinin maraqlarından irəli gəlir.

Sülh prosesində irəliləyiş kontekstində Stiven Blank həmçinin, ABŞ rəsmisinin Ermənistana silah satma ehtimalı ilə bağlı bəyanatını da nəzərdən keçirib.

Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbəri Aram Hambaryan, Con Boltonun Ermənistana səfərini mümkün bir narahatlıq kimi qiymətləndirir.

"Bolton, Qarabağ münaqişəsinin həllini və Tehranla münasibətləri məhdudlaşdırmağa dair çağırış etdi. Görünür, Qarabağ münaqişəsinin həllinə daha bir mərhələ - ABŞ-ın İranı təcrid etmək cəhdləri əlavə edilir", - deyə Hambaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin