Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökuməti müdafiə nazirliyinin 2018-ci il büdcəsində nəzərdə tutulmuş vəsaitinin həcmini 56.8 milyon dram azaldıb.
Ermənistan müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan buna münasibət bildirərkən qeyd edib ki, bu qərar müdafiə sahəsinə təsir etməyəcək.
Onun sözlərinə görə, müdafiə nazirliyinin 2018-ci il dövlət büdcəsindəki payının 245 milyard dram olduğunu nəzərə alsaq, 50 milyon dram elə də böyük təsirə malik rəqəm deyil. Bu məbləğin başqa yollarla yenə də müdafiə sahəsinə sərf ediləcəyini düşündüyünü qeyd edib.
Sabiq müdafiə naziri qeyd edib ki, bu məbləğin müdafiə nazirliyinin büdcəsindən azaldılması, bizim indiki vəziyyətə, təhlükəsizliyə, sərhədlərin toxunulmazlığına, ölkənin gələcəyinə olan münasibətimizdir.
Alpər Mövludoğlu
Ordu.az