Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ilk növbədə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın qonağı olacağı gözlənilirdi.
Məlumata görə, Bolton səfər zamanı Qriqoryanın şəxsiyyəti ilə bağlı ehtiyatlı davranıb. Doğrudur, o, Ermənistan milli təhlükəsizlik şurasına getsə də, onun katibi ilə təkbətək görüş keçirməyib. Görüş bir tərəfdə Bolton, digər tərəfdə Ermənistan xarici işlər və müdafiə nazirləri, milli təhlükəsizlik şurasının katibi olmaqla eyni vaxtda baş tutub.
Günün sonunda isə Qriqoryan onu şam yeməyinə dəvət etməyə cəhd etsə də, rədd cavabı alıb. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri mətbuat konfransından dərhal sonra Ermənistanı tərk edib.
Alpər Mövludoğlu
Ordu.az