"Bu səfərimdə Dağlıq Qarabağın nizamlanması məsələsində yeni həll yolları təklif etməyə gəlməmişəm. Qarabağ münaqişəsinin həlli mürəkkəbdir. Əgər asan olsaydı, çoxdan həll edilmiş olardı".
Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
“Mən bu səfərimlə ABŞ siyasətində dəyişiklik etməyə və ya yeni həll yolları təklif etməyə gəlməmişəm. Sözsüz ki, tərəflər nəhayət bir-biri ilə işləməlidir. Tərəflər həll yolunu tapmağa çalışmalıdır”, - deyə Bolton vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan üçün xarici təzyiqləri azaltmaqda ən doğru yol Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının təmin edilməsidir.
Alpər Mövludoğlu
Ordu.az