Ermənistanda sabiq müdafiə nazirinin baldızı ölü tapıldı - FOTO+VİDEO
Oxunub: 2563
14:48
25 Oktyabr 2018
İrəvanda körpünün altında Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın baldızının cəsədi tapılıb.
Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, bu gün İrəvanda körpünün altında cəsədi tapılan 45 yaşlı X.Luiza adlı qadın Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın arvadının bacısıdır.
Bu barədə məlumatı, erməni həkim Razmik Abrahamyan da təsdiqləyib.
Onun sözlərinə görə, ölən qadın ginekoloq olub.
İstintaq komitəsindən bildiriblər ki, ölən 45 yaşlı həkim qadın intihar edib.