Qarabağda ixtisas hazırlığı üzrə taktiki təlimlər keçirilib

2018/10/34534-1540452303.jpg
Oxunub: 3382     11:24     25 Oktyabr 2018    
İşğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun bölmələrində, dünən xidmətini davam etdirmək üçün yeni təyin olunan hərbi təhsil müəssisələrinin məzunları cəlb olunmaqla atışlar keçirilib.

Ordu.az xəbər verir ki, təlim mərkəzində atəş hazırlığı üzrə keçirilən praktiki təlimləri qanunsuz hərbi birləşmənin komandiri general-leytenant Levon Mnatsakanyan izləyib.

Məlumata görə, komandir toplanışları çərçivəsində keçirilən atışlar “Asparez” təlim mərkəzində (Xocalı yaşayış məntəqəsi) baş tutub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Təxribat   Təlim  


Bizi "telegram"da izləyin