Ordu.az xəbər verir ki, bu sözləri amerikalı ekspert Pol Stronski ABŞ-ın Ermənistanın daxili işlərinə qarışması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən söyləyib.
O, ABŞ-Ermənistan münasibətlərinin o qədər də geniş olmadığına görə hər hansı daxili müdaxilədən danışmağı yersiz hesab etdiyini qeyd edib.
"Bir qayda olaraq bu cur ittihamlar, Birləşmiş Ştatalarla daha dərin əməkdaşlığa sahib olan ölkələr haqqında deyilir. Ermənistana gəldikdə isə Amerika-Rusiya arasında olan gərgin münasibətlərdə buna əlavə edilir", - deyə o vurğulayıb.
Öz növbəsində rusiyalı politoloq Fyodor Lukiyanov bildirib ki, Rusiya-ABŞ münasibətlərinin əsas istiqamətini qoruyub saxlamaq üçün verilən suala belə cavab vermək olar: "Yəni Amerikanın indiki siyasətinə dair RF-də bütün sahələrdə və bütün münasibətlərdə əksini tapan belə bir rəsmi mövqe var".
Milsin qalmaqala səbəb olan Qarabağ münaqişəsinin həlli bağlı açıqlamasına gəldikdə isə Stronski qeyd edib ki, Mils əvvəllər danışıqlar prosesində olan məsələ barədə danışıb.
"Bu ABŞ-ın niyyəti və ya konsepsiyası deyil. Keçmişdə müzakirə olunan prinsiplər əsasında amerikalı həmsədrlər qarşılıqlı güzəştlər yolu ilə münaqişənin həlli barədə daha fəal danışıqlar aparıb. Həmsədr ölkələr yardim etmək üçün çağırılıb. Güzəştlər olmadan hər hansı bir münaqişə həll edilə bilinməz. Bu bir mənalıdır", - deyə Stronski qeyd edib.
Lukyanov isə bildirib ki, Qarabağ münaqişəsinin həllinə dair tərəflər güzəştlər barədə dialoqa hazır olmadığına görə bənzər çağırışlar etmək üçün münasib vaxt deyil.
Alpər Mövludoğlu
Ordu.az