"Qarabağ münaqişəsinin gizli yolla həlli istisna edilir" - Paşinyan (VİDEO)

2018/10/11236-1540373655.jpg
Oxunub: 2362     13:12     24 Oktyabr 2018    
Bu gün Ermənistan parlamenti öz işini davam etdirib. Parlament sədri Ara Babloyan bildirib ki, bu gün baş nazirliyə namizədin irəli sürülməsi müddəti başa çatıb. "Yelk" fraksiyası baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini irəli sürüb.

Ordu.az xəbər verir ki, müzakirələr zamanı erməni parlamentinin deputatı Şirak Torosyan Paşinyana Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayıb.

"Bütün hakimiyyətlərə qarşı hər zaman bir güvənsizlik var. Bu hər birinə aid deyil ki, hakimiyyətin nəyisə təhvil verməyə gəldiyini söyləyirlər", - deyə Paşinyan cavablandırıb.

Onun sözlərinə görə, Ermənistanda ən diktator hakimiyyət belə xalqın rəyini nəzərə almadan Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz.

"Qarabağ məsələsinin gizli həlli yolu ola bilməz, bu istisnadır", - deyə o qeyd edib.

Paşinyan həmçinin bildirib ki, danışıqlarda iştirak etməklə bağlı onun fikirləri təhrif edilib: "Mən demişəm ki, danışıqlarda Qarabağ adından yox, Ermənistan adından iştirak etmək səlahiyyətim var".


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin