Ordu.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Qarabağ münaqişəsi zonasında gözləntiləri şərh edərkən deyib.
Onun sözlərinə görə, münaqişənin həllinə mane olan məqamlar hər iki ölkədə, ictimaiyyət arasında ciddi şəkildə kök salıb.
"Azərbaycan və Ermənistan üçün bu irəliləyiş nədən ibarətdir. Bunlar tamamilə bir-birindən fərqli baxışlardır. Mən tərəflərin bu məsələdə, hər iki tərəfin cəmiyyətləri arasında kök tapan yanaşmalarda dəyişikliklər etməsinə hazır olduqlarını düşünmürəm. Münaqişənin həllinə mane olan məqamlar hər iki ölkədə, ictimaiyyət arasında ciddi şəkildə kök salıb. Tərəflərdən heç biri nizamlama üzrə güzəştlər versiyasını təsəvvür etmir", - deyə rusiyalı ekspert bildirib.
O qeyd edib ki, həddindən artıq şişirdilmiş gözləntilər fonunda yüksək səviyyəli danışıqlar prosesinin təşkil edilməsinə cəhdlər edilə bilər.
"Bu görüş rəqibin mövqeyi ilə tanış olmaq və əhvalını ortaya qoymaq fürsəti verəcək. Bundan sonra vəziyyət keçmiş halına qayıdacaq", - deyə Felqenqauer əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az