Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ağdamın işğal altında olan Uzundərə adlanan sahəsində keçirilən təlimi Ermənistan SQ BQ rəis müavini general-mayor Andranik Makaryan və Qarabağda qanunsuz dislokasiya olunan hərbi birləşmənin komandiri general-leytenant Levon Mnatsakanyan izləyib.
Toplanışlara cəlb edilən hərbi hissə komandirləri və müavinlərinə kəşfiyyat və müşahidə üçün nəzərdə tutulan yeni silah növlərinin tətbiqi nümayiş etdirilib.
Məlumta görə, məxfilik baxımdan tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilmir.
Alpər Mövludoğlu
Ordu.az