Ordu.az xəbər verir ki, hərbi hissənin əsgəri Jora Aleksanyanı məzuniyyətə buraxmaq üçün zabitlər onun valideynindən 300 ABŞ dolları rüşvət tələb ediblər.
J.Aleksanyanın yaxın qohumu bu barədə xəbər verib və bildirib ki, bundan qəzəblənən əsgər valideynləri rüşvət müqabilində hərbi hissələrdən bir çox əsgərlərin məzuniyyətə buraxılmalarının adı hala çevrildiyini prokurorluğa ünvanladıqları məktubda qeyd ediblər.
Hərbi prokurorluq tərəfindən geniş araşdırma aparılır və faktlar təsdiqini taparsa bir neçə vəzifəli hərbçinin cinayət məsuliyyətinə cəlb ediləcəyi istisna edilmir.
Alpər Mövludoğlu
Ordu.az