İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində baş alıb gedən özbaşınalıq səbəbindən şəxsi heyət arasında nizamnamədənkənar münasibətlər zəminində cinayətlərin sayı artmaqda davam edir.
Ordu.az xəbər verir ki, bu günlərdə artilleriya təyinatlı hərbi hissənin yeməkxanasında gənc əsgərlərlə Qarabağdan olan erməni hərbçilər arasında kütləvi dava olub.
Dava nəticəsində bir neçə nəfərin ağır yaralandığı, çoxlu sayda əsgərin yüngül xəsarət aldığı bildirilir. Kütləvi davanın ən fəal iştirakçıları həbs edilib.
Hərbi polis tərəfindən araşdırma aparır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Qarabağ