Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakot bildirib.
Ermənistanda öz diplomatik missiyasını bitirən ABŞ səfiri Riçard Millsin bəyanatını şərh edən Lakot, münaqişənin ATƏT-in Minsk qrupu formatında həllinə ümid etdiyini bildirib.
"Paris mövqeyi dəyişməzdir. Biz insanların ölməsindən narahatıq və ümid edirik ki, münaqişə ATƏT-in Minsk qrupu formatında danışıqlar yolu ilə həll olunacaq", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az